Bu gün “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bir illik fəaliyyəti ilə bağlı olaraq, ictimai nəqliyyat vasitəsinin idarə edilməsi zamanı nümunəvi fəaliyyətinə, qaydalara yüksək əməl etdiyinə və sərnişin məmnunluğu qazandığına görə bəzi sürücüləri müxtəlif nominasiyalar üzrə təltif etmiş və qiymətli hədiyyələrlə mükafatlandırıb.
“BakuBus” MMC-dən İnterpress.az-a verilən məlumata görə, tədbirdə çıxış edənlər sərnişindaşıma xidməti sahəsində sürücülük fəaliiyyətinin xüsusi önəm daşıdığını vurğulayıblar.
Qeyd olunub ki, fəaliyyətə başladığı ilk gündən sərnişinlərin təhlükəsizliyini, rahatlığını eyni zamanda sərnişin-sürücü münasibətlərindəki xoşagəlməz məqamlara son qoymağı əsas fəaliyyət istiqaməti seçən MMC, peşəkar sürücülərin hazırlanması və onların sınaqdan keçirilməsində ən müasir standartalara əsaslanıb. İş şəraitində yol verdiyi nöqsanlara görə inzibati qaydada məsuliyyətə cəlb olunun sürücülərlə yanaşı, nümunəfi fəaliyyəti ilə seçilən sürücülərin mükafatlandırılması, təltif olunması, sürücülər üçün əlavə stimiul yaradacaq və öz peşələrinə vicdanla, məsuliyyətlə yanaşmağı təmin edəcək.
Təltif olunan sürücülər göstərilən diqqətə görə gələcəkdə sərnişindaşıma fəaliyyətində daha intizamlı və məsuliyyətli olacaqlarını vurğuladılar.
Sonda ictimai nəqliyyat vasitəsinin idarə edilməsi zamanı nümunəvi fəaliyyət göstərən sürücülər “BakuBus” adından müxtəlif nominasiyalar üzrə təltif olunmuş və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Gülşanə Mustafayeva
İnterpress.az