Bakıda işlədiyi sexdə özünü trosla asıb intihar edən 15 yaşlı yeniyetmənin yazdığı son məktubu üzə çıxıb.
Əldə edilən məktub 15 yaşlı Teymur Həsənlinin sevdiyi qıza xitabən yazılıb.
İntihar hadisəsinin baş verdiyi çilingər sexinin sahibinin polisə verdiyi ifadəsi əldə edilib. Usta bildirib ki, Teymur faciənin baş verdiyi gün səhərdən onunla işləyib. Hava isti olduğu üçün sonradan usta deyib ki, axşam tərəfi işlərini davam etdirərlər. Sexə qayıdanda isə qapının içəridən bağlı olduğunu görüb. Qapını açanda isə dəhşətlə üz-üzə qalıb. Teymurun trosdan asılmış bədəni sexdə onu qarşılayıb.
Teymur məktubunda sevdiyi qızın adını yazmayıb. Lakin son sözlərini sevdiyi qıza ünvanlayıb: “Səni çox sevirdim, ancaq sən mənim sevgimə cavab vermədin. Bilirəm ki, elədiyim günahdır. Ancaq bu dünyada sənsiz yaşaya bilmərəm”.
***
Bakının Sabunçu rayonunda baş verən intihar hadisəsi ilə bağlı bir sıra təfərrüatlar məlum olub.
İlkin araşdırma zamanı avtomobil təmiri sexində özünü asaraq intihar edən gəncin sevdiyi qıza görə özünü öldürdüyü məlum olub.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Kürdəxanı qəsəbəsi D.Vasif küçəsi ev 113 ünvanında yerləşən avtotəmir sexində çalışan 2001-ci il təvəllüdlü Teymur Həsənli özünü tavandan trosla asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. ( report.az )
İnterpress.az