Qusar rayonunda 50 yaşlı kişi itkin düşübbackend

Qusar rayonunda 50 yaşlı kişi itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar şəhər sakini Şakir Babayev Qusar rayon Polis Şöbəsinə müraciət edərək birlikdə yaşadığı qardaşı 1966-cı il təvəllüdlü Telman Babayevin 27.07.2016-cı il 07:30-da iş axtarmaq adı ilə evdən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib. Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq itkin düşən T.Babayevin yerini müəyyənləşdirmək mümkün olmayıb.

Onun əlamətləri: boyu 171 sm, saçları qara düz, yarım ağarmış, qara bığlı, saqqalı yoxdur, sifəti qarabuğdayı, arıq, yanaqları çuxurlu, qaşları sıx, burnu dik, dodaqları enli, çənəsi böyük qabarıq, göz bəbəkləri yaşıl rəngdə, qabaq üst dişləri titandır.

Qusar rayonunda 50 yaşlı kişi itkin düşüb

İnterpress.az