Ərdoğanın evi yarıldıbackend

Ərdoğanın evi yarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az.– az bu haqda Rusiya mediasına istinadla xəbər verir.
Hadisə avqustun 2-dən 8-dək olan müddətdə baş verib. İ.Ərdoğanın mənzilindən 20 mln. rubl(təxm. 309 min dollar) nağd pul, eləcə də qiymətli saatlar və zərgərlik məmulatları aparıblar. Beləliklə, oğurluğun ümumi məbləği 30 mln. rublu ötüb.

Qeyd edilir ki, İlkay Ərdoğan kifayət qədər tanınmış bir sahibkardır. O, Rusiyada, Türkiyə tikinti şirkətlərindən birinin kommersiya direktoru olub. Son vaxtlar o, Moskvadakı mənzillərindən birini “KSK-qrup” audit kompaniyasının icraçı direktoruna kirayəyə veribmiş. Mənzilin yarılması barədə paytaxt polisinə məlumatı məhz kirayədə qalan şəxs verib.
Hazırda hüquq-mühafizə orqanları müvafiq araşdırma aparır.

İnterpress.az