Bakı-Batumi reysindən-FOTOREPORTAJ: Qiymətlər ucuzlaşacaq!backend

Bakı-Batumi reysindən-FOTOREPORTAJ: Qiymətlər ucuzlaşacaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarışıqlıq, səs-küy, tələsiyən sərnişinlər –elə bu arada onlara məhsullarını satmaq təşəbbüsü gösətərən dayılar və xalalar…

Bakı Avtovağzalında bu mənzərə heç vaxt dəyişmir!
Elə bizdə – bir qrup jurnalistlər bu mənəzərini sezirik. Bakı Beynəlxalq Avtovağzalına gəlməyimizin bu dəfə ki, səbəbi isə Bakı-Batumi reysi oldu. Yaxın vaxtlarda Bakı-Batumi reysinin açılması ilə bağlı mediada məlumatlar yayılmışdır. Komfortlu, təhlükəsiz avtobus və sərfəli qiymət!..

Bu üstünlüklərin müşahidə etmək üçün “Min dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır” prinsipinə sadiq qalıb Bakıdan-Batumiyə yola düşən avtobusunun salonuna daxil olduq.

Bakı-Batumi reysindən-FOTOREPORTAJ: Qiymətlər ucuzlaşacaq!

İki mərtəbəli 80 nəfər tutumlu WI-FI-la, kondisionerlə təchiz olunan, sərinləşdirici və soyuq içkilərlə təmin olunan –bir sözlə sərnişinlərin bütün təlabatlarını ödəyən, musiqi seçimi belə nəzərə alınan avtosalon onların ixtiyarındadır. Bir azdan avtobus yola düşəcək. Vaxtın darlğından anındaca tələsib bəzi sərnişinlərlə həmsöhbət olduq.

Görəsən sərnişinlərimizə yaradılan xidmət onları qanu edirmi? bir neçə sərnişinə verdiyimiz sualın cavabı : “Çox yaxşıdır, cibimizə uyğundur” oldu.

Sərnişinlərlə söhbət edərkən bir məqam diqqətimizdən qaçmır. Tək yerli yox, elə əcnəbi vətəndaşlarda Bakı-Batumi reysinin göstərdiyi fəaliyyətdən yararlanırlar. Gürcüstandan olan Nunu Tsekladze adlı bu xanım kimi…

Bakı-Batumi reysindən-FOTOREPORTAJ: Qiymətlər ucuzlaşacaq!

“Bakıya dincəlməyə gəlmişdim. İndi də geri-Gürcüstana dönürəm .Əladır. Ucuz və sərfəli”.

Bakı-Batumi reysi artıq ikinci həftədir ki, yola düşməsinə baxmayaraq maraqlıdır, qısa vaxtda sərnişinlərin qarşılaşdığı problem nə olub? Sualımızı bir neçə sərnişinə üvanlayırıq. Aldığımız cavabsa belədir:

Bakı-Batumi reysindən-FOTOREPORTAJ: Qiymətlər ucuzlaşacaq!

“Hərdən görürsən yer sırlarında səf olur. Eyni adama eyni sıra verilir”-deyə əlavə etdilər.

Bakı –Batumi reyisinə həddindən artıq təlabat çoxdur:
Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bu fikirdədir:

[centerBakı-Batumi reysindən-FOTOREPORTAJ: Qiymətlər ucuzlaşacaq![/center]
“Bu günə kimi 545 sərnişinlər yola salınıb.Təlabat çox olduğundan biletləri 3-4 gün öncədən almaq lazım gəlir. Ən son texnologiya ilə təchiz olunan avtobus 15 saata çatır. Axşam saat 6-da yola düşür, səhər saat 9 radələrində Batumidə olur. Gələcəkdə təlabatdan aslı olaraq resylərin sayı artılacaq. Gediş dönüş qiyməti isə 35 manatdır. Oturacaqdan istifadə etməmək şərti ilə 5 yaşına kimi uşaqlar üçün bilet almamaq olar. Əgər valideyn 5-10 yaş arası övladına bilet almaq istəyərsə, bu zaman qiymətin 50 %-i ödəyəcəklər. Daha sonra, gediş – dönüş biletinin bir dəfəlik alınması üçün danışıqlar aparılır”.

-Təklükəszilik baxımından nəzarət necə aparılır?

-Avtobuslarda xüsusi izləmə avadanlıqları quraşdırılıb ki, harada olduğunu, dayandığı, ümumiyyətlə bütün prosesi izləyə bilirik. Növbəli şəkildə sürücülər sükan arxasına keçirlər.

Təlabatdan aslı olaraq qiymətlər artırıla bilər?

-Xeyr! Hətta azaldılması üçün danışıqlar gedir, buna səy göstərilir ki, hər kəs biletləri ala bilsin. Biletin qiyməti iki tərəflə-Gürcüstan və Azərbaycan arasında aparılan danışıqlarda aslı olaraq təyin edilib. Bunun əsasında ortaq qiymət müəyyən olunur”.

-Bəs hansısa turizm şirkəti ilə danışıqlar aparılırmı ki, qarışalanmanı həyata keçirsin?

-Bunla da bağlı danışıqlar aparılır ki, müvafiq turizm şirkətləri də qarşılanmanı həyata keçirsinlər. Sadəcə olaraq bu avtobuslar elə bir yerdə dayanır ki, buradan otellərə- bir sözlə mərkəzə yaxındır. Sərnişinlər rahatlıqla istirahət mərkəzlərinə gedə bilərlər. Əvvəllər Tiflisə gedib oradan Batumiyə yola düşürdülər. Bu da təbii ki, həm narahatçılıq həm də ikiqat qiymət hesabına başa gəlir. Bu yaxınlarda Gürcüstanın iqtisadiyyat naziri bu reysin turizim baxımında önəmli olduğunu qeyd etmişdir”.

Sərinişllərin nəzərinə!

Tək Bakıdan yox, Gəncədə yaşan vətəndaşlar da müvafiq məntəqədən bilet alıb bu reyisə qoşula bilərlər. Geri dönüş üçün Qazaxda – Qırmızı Körpüdə avtokassa fəaliyyətdədir. Yaxın günlərdə burada olan avtokassadan gediş-dönüş biletini əldə etmək münkün olacaq”.

Gülşanə Mustafayeva
İnterpress.az