BƏƏ-dən gələn turistlərin sayı açıqlandı:  Artım var – Sorğuya cavabbackend

BƏƏ-dən gələn turistlərin sayı açıqlandı: Artım var – Sorğuya cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 10 086 nəfər olmaqla 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə (32 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 422 nəfər olmaqla 13 dəfə artım qeydə alınıb.

Bunu İnterpress.az-ın sorğusun cavab olaraq Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.

Şöbə müdirinin sözlərinə görö, ərəb ölkələri arasında ən yüksək artım tempi İraqla bağlı qeydə alınıb:

\” Cari ilin ilk altı ayı ərzində 11 028 nəfər İraq vətəndaşı ölkəmizə səfər edib ki, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur\”.

Daha sonra qrum sözçüsu sorğuya cavab olaraq bildirib ki, 2016-cı ilin birinci yarımili ərzində ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edib:

\”Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) artıqdır\”.

Gülşanə Mustafayeva
İnterpress.az