İnterpress.az xəbər verir ki, toplantıda ukraynalı xüsusi təyinatlıların Krıma sızma cəhdi müzakirə olunub.
Xatırladaq ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda terrorun qarşısını alıb.
FTX-nin saytında verilən məlumata görə, yarımadada terror törətməyə cəhd edən şəxslər Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsində xüsusi hazırlıq keçiblər. Diversantlar avqustun 7-də Armyansk şəhərində ələ keçiriliblər. Onların yaxalanması əməliyyatı zamanı bir nəfər FTX əməkdaşı həlak olub.
İnterpress.az