​İranda terror nəticəsində 1 polis ölüb, 2-si yaralanıbbackend

​İranda terror nəticəsində 1 polis ölüb, 2-si yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, bunu əyalətin polis rəsinin müavini, polkovnik Abdullah Fəthi bildirib.
Onun sözlərinə görə, motoskiletlə hərəkət edən naməlum şəxslər polis patrul maşınının salonuna partlayıcı ataraq hadisə yerindən uzaqlaşıblar: \”Nəticədə avtomobildəki 3 polis yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Həkimlər yaralı polislərdən heç birinin həyatını xilas edə bilməyib\”.
Qeyd edək ki, Kürdüstan əyaləti İraqla sərhəddə yerləşir. Bu bölgəyə kürdlərin terrorçu qruplaşmaları tez-tez basqınlar edir. Onlardan ən məşhuru terrorçu PKK-nın İrandakı qolu \”Pejak\”dır. Bu terrorçu qruplaşmanın silahlıları İran hakimiyyətinin yerli məmurlarına, hərbçilərə, din xadimlərinə qarşı terror aksiyaları keçirirlər. (report)

İnterpress.az