Rusiyada Təhlükəsizlik Şurasının iclası keçirilibbackend

Rusiyada Təhlükəsizlik Şurasının iclası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”TASS\”-a istinadən xəbər verir ki, görüş zamanı Rusiya prezidentinin Bakıda Azərbaycan və İran liderləri, eləcə də Türkiyə və Ermənistan dövlət başçıları ilə bu həftə baş tutan görüşlərinin yekununda əldə edilmiş razılaşmalara dair müzakirə aparılıb.

İştirakçılar beynəlxalq gündəlikdə dayanan məsələlərdən əlavə, ölkədaxili cari sosial-iqtisadi məsələləri müzakirə ediblər.
Görüşdə Rusiya hökumət başçısı Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federal Təhlüksizlik Xidmətinin direktoru Aleksandr Bortnikov iştirak edib.

İnterpress.az