Günvurma ilə bağlı 51 nəfər müraciət edibbackend

Günvurma ilə bağlı 51 nəfər müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini İradə Əliyeva bildirib ki, dünən günvurma ilə bağlı 1 müraciət daxil olub.

İ. Əliyeva bildirib ki, ümumilikdə bu həftə ərzində 4 nəfər günvurma şikayəti ilə təcili tibbi yardıma müraciət edib.

Onun sözlərinə görə, günvurma ilə bağlı müraciət edən 51 nəfərdən 11-i uşaq olub: “Günvurma diaqnozu ilə müraciət edənlərdən 17 nəfəri xəstəxanaya yerləşdirilib ki, onlardan 4 nəfəri uşaqdır”.

Baş həkimin müavini qeyd edib ki, günvurma ilə bağlı ölüm faktı qeydə alınmayıb.(apa)

İnterpress.az