Türkiyə futbolunda TARİXİ QƏRARbackend

Türkiyə futbolunda TARİXİ QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Publika.az xarici mediaya istinadən xəbər verir ki, TFKB-nin rəhbəri Göksel Gümüşdağın iştirakı ilə keçirilən toplantıda bir neçə tarixi qərar qəbul edilib.

Qərara əsasən, yeni mövsümdə “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray”, “Trabzonspor” və “Bursaspor” futbol klubları arasında keçiriləcək səfər matçlarında sözügedən klubların özləri ilə azarkeş aparması barədə qadağa aradan qaldırılıb.
Eyni zamanda şiddət və qorxu yaradan görüntülərin telekanallarda yayımlanması qadağan edilib.

İclasda çıxış edən Göksel Gümüşdağ Türkiyə Kuboku adının 15 iyul hadisələri zamanı şəhid olan insanların anım üçün dəyişilməsini təklif edib.
Daha sonra Futbol Klubları Birliyi Göksel Gümüşdağın fəaliyyətini davam etdirməsini qərara alıb.

İnterpress.az