İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, hadisə hovuzun ətrafında baş verib. Belə ki, bir qrup gənc müsəlman qəflətən qadın nudistlərin dincəldiyi yerə basqın edərək onlara hücüm edib. Əllərində dini şüarlarla çıxış edən qəzəbli radikallar, qadınları təhqir edərək onların istirahətini pozublar.
Şahidlərin sözlərinə görə, gənclər qadınları \”kafir\” adlandırıb onları məhv edəcəklərini bildiriblər. Hüquq-mühafizə orqanları insidenti araşdırmağa başlayıb.
İnterpress.az