Türkiyənin məşhur futbolçusu barədə həbs qərarı verildibackend

Türkiyənin məşhur futbolçusu barədə həbs qərarı verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Sakarya Respublika Prokurorluğunun Fətullahçı Terror Təşkilatının çevriliş cəhdinə dair araşdırması çərçivəsində sabiq millət vəkili və məşhur futbolçu olan Hakan Şükürün tutulması üçün işə başlanılıb.

Ölkə xaricinə çıxan Hakan Şükür “silahlı terror təşkilatına üzv olmaq”da ittiham edilir.

Sakarya Respublika Prokurorluğu həmçinin onun atası Selmet Şükür haqqında da qəti həbs qərarı verib.

Qeyd edək ki, Hakan Şükür və ailəsi ötən ilin dekabr ayında Türkiyədən gedib.

İnterpress.az