Manat avro və funta nisbətən bahalaşıbbackend

Manat avro və funta nisbətən bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 11-i ilə müqayisədə 0,25% artaraq 1,6102 manat səviyyəsinə yüksəlib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,01% zəifləyərək 1,7936 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,8% bahalaşaraq 0,0250 manata yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,2% möhkəmlənərək 0,5438 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0881 manatdır. Beləliklə, funt sterlinq 0,07%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,5% artaraq 0,6878 manat təşkil edib.

Interpress.az