İnterpress.az vergi borcunu öyrənməyin ən rahat üsullarını təqdim edir.
1-ci, daha asan metod: Çağrı Mərkəzinə zəng etməklə
195 Çağrı Mərkəzinə zəng edib ❝1❞ düyməsi ilə Vergilər Nazirliyinə qoşulduqdan sonra ❝3❞ düyməsini seçirsiniz, daha sonra öz VÖEN-nizi daxil edib ❝#❞ düyməsini sıxmaqla həmin tarixə vergi borcu barədə məlumatı əldə edirsiniz.
2-ci metod: İnternet Vergi İdarəsinə daxil olmaqla
Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imzadan istifadə etməklə “İnternet Vergi İdarəsi”nin “E-bəyannamə, ƏDV-DH və ŞHV” (https://login.e-taxes.gov.az/login/) bölməsinə daxil olub, sonra “Məlumat axtar” altbölməsindəki “Şəxsi hesab vərəqəsi”nə daxil olmaqla öz öhdəlik və borcu ilə bağlı məlumatları əldə edə bilər.
3-cü metod: SMS göndərməklə
Vergilər Nazirliyinin təqdim etdiyi “İkitərəfli SMS xidməti”nə (www.taxes.gov.az/195sms) qoşulmaqla (abunə olmaqla) 21, xidmətdən sorğu vasitəsilə (SMS göndərməklə) isə 5 istiqamət üzrə vergi. (fins.az)
İnterpress.az