Nepalda avtobus dərəyə yuvarlanıb – Ölənlər varbackend

Nepalda avtobus dərəyə yuvarlanıb – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə dairə polis idarəsinin rəisi Dan Bahadur Rokayya məlumat verib.
Xəbərdə bildirilib ki, hadisə bu gün yerli vaxtla səhər saatlarında Şahacpur şəhəri yaxınlığında çətin yolda qatı duman səbəbindən baş verib.

Qəzaya ilkin səbəb kimi sürücünün döngəni görə bilmədiyindən idarəetməni itirərək, sərnişin avtobusunu 210 metrdən çox dərinliyi olan dərəyə aşırması göstərilir.
Nəticədə 2 nəfər hadisə yerində keçinib, üçüncüsü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hazırda 3 nəfərin durumu ağırdır, həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparırlar. Digər 7 yaralı sərnişin isə orta-ağır dərəcəli zədələr alıblar.

İnterpress.az