Nazirlik: Sərxoşluğun təyini məqsədi ilə 11 715 nəfər müayinədən keçibbackend

Nazirlik: Sərxoşluğun təyini məqsədi ilə 11 715 nəfər müayinədən keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatna əsasən xəbər verir ki, 2016-cı ilin 6 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 11 715 nəfər keçib. Məlumata görə, onlardan 478 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 243 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.

Bildirilib ki, 2016-cı ilin 6 ayı ərzində 1 321 nəfər stasionar müalicəyə qəbul olunub: “Onlardan 573 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 748 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə stasionar müalicəyə qəbul edilib”.

Qeyd olunub ki, 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immun çatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb: “2016-cı ilin 6 ayı ərzində müayinədən 1088 nəfər keçib”.

İnterpress.az