İnterpress.az \”Habertürk\”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, həmin şəxslər vətənə qayıtmamaq üçün heç bir səbəb göstərməyiblər: \”Biz xarici ölkələrdəki 208 diplomatı geri çağırmışdıq. Onlardan 32 nəfəri heç bir səbəb göstərmədən vətənə geri qayıtmadı. Bundan əlavə, Türkiyənin Banqladeşdəki səfirliyinin 3 əməkdaşını geri çağırmışdıq. Onlardan ikisi ABŞ-a qaçıb, biri isə Türkiyəyə qayıdıb və hazırda fəaliyyətini davam etdirir\”.
İnterpress.az