Moskvada iki azərbaycanlı öldürülübbackend

Moskvada iki azərbaycanlı öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\” Rusiya KİV-inə istinadən xəbər verir ki, hazırda müstəntiqlər saxlanılan şəxsin cinayətlə əlaqəsinin olub-olmamasını müəyyənləşdirir.
Ümumiyyətlə, Ryazan prospektindəki qanlı hadisə ilə bağlı bütün mümkün versiyalar nəzərdən keçirilir.
Polis Moskvanın şərqində, Ferqabskaya küçəsində 2 azərbaycanlının qətlində şübhəli bilinən şəxsin gizləndiyi ehtimal edilən evi mühasirəyə alıb.
\”Report\” Rusiya KİV-inə istinadən xəbər verir ki, naməlum silahlı şəxs səhər saat 05 radələrində Ryazan prospektində 46 nömrəli evin qarşısında 3 nəfərə hücum edib. Hadisə nəticəsində xəsarət alanların ikisi keçinib.
Dünyasını dəyişənlərin kimliyi müəyyənləşib. Bunlar 1947-ci və 1980-ci il doğumlu azərbaycanlılardır. Xəsarət alan daha bir nəfər xəstəxanadadır, onun həyatı təhlükədə deyil.
\”Qovorit Moskva\” radiostansiyasına açıqlama verən Moskva Regionlararası Polis Həmkarlar İttifaqının Əlaqələndirmə Şurasının sədri Mixail Paşkin bu cinayəti milliyyətçinin törədə biləcəyini vurğulayıb.
Hadisə ilə bağlı iki və daha çox şəxsin öldürülməsi, eləcə də qəsdən başqasına orta ağır dərəcəli xəsarət yetirmə maddələri üzrə cinayət işi açılıb.

İnterpress.az