Batumidə azərbaycanlı turistləri aldadan şəxslər tutuldubackend

Batumidə azərbaycanlı turistləri aldadan şəxslər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə zərərçəkənlərdən biri məlumat verib. O qeyd edib ki, aldadılan 50 turistdən 2-si yol xərclərini özləri ödəyərək Azərbaycana qayıdıblar.

“İnTravel” şirkətindən verilən məlumata görə isə, həmin iki şəxs Batumiyə səfər üçün onlara müraciət edib. Şirkət öz növbəsində həmin tursitləri \”Ray travel\” və \”Altur\” turizm şirkətlərinə yönəldib və onlar ümumi turist qrupuna daxil edilib. “İnTravel” şirkətindən həmçinin qeyd ediblər ki, həmin iki turistə Azərbaycana qayıtdıqdan sonra təzminat ödəniləcək.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin əməkdaşları Batumidə otel və turistləri aparan avtobus üçün ödənilməli olan pulu kazinoda uduzublar və nəticədə turistlər çətin vəziyyətdə qalıblar. (trend)

İnterpress.az