İnterpress.az \”Ria Novosti-yə istinadən bildirir ki, yeni qaydalara görə, ABŞ ilk dəfə birbaşa NATO-ya silah satacaq. Bu silahlar isə Alyans ölkələri arasında bölüşdürüləcək.
ABŞ Müdafiə Nazirliyi verdiyi açıqlamada Konqres tərəfindən təsdiqi gözlənilən müqavilə çərçivəsində, NATO-nun ABŞ-dan üzv ölkələr üçün 230 milyon dollarlıq hərbi texnoloji avadanlıqlar alacağı bildirilib.
Bu avadanlıqlar İspaniya, Portuqaliya, Belçika, Yunanıstan, Hollandiya, Norveç, Çexiya və Danimarkaya veriləcək.
Qeyd edək ki, NATO-nun son vaxtlar sürətlə hərbiləşməsi diqqət çəkir. Alyans ABŞ hava hücumundan müdafiə sistemlərini yerləşdirməklə bərabər, Baltik ölkələri və Polşanın Rusiya ilə həmsərhəd ərazilərinə 4 min hərbçi göndərəcəyini açıqlayıb.
İnterpress.az