Ermənistanda imzatoplama kampaniyası başladıbackend

Ermənistanda imzatoplama kampaniyası başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, tələsik verilən qərarlar və həbslər üsyançıların yaxınlarının etirazına səbəb olub. “Sasna Srer” silahlı qrupunun üzvü Hovanes Arutyunyanın azadlığa buraxılması ilə bağlı qaldırılan iddianın ləğv edilməsi fəalları qəzəbləndirib. Onun vəkili Arik Papikyan jurnalistlərə müsahibəsində deyib ki, Arutyunyan ağır güllə yarası aldığından həbsdə qalmasına heç bir əsas yoxdur. O, xüsusi nəzarət altında müalicə almalıdır.

İddia edilir ki, H.Arutyunyanın azadlıqda qalması istintaqın gedişinə maneə yarada bilər. Bundan təəccüblənən vəkil isə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs yataq xəstəsidir və istintaqın gedişinə heç bir maneə yarada bilməz. Üstəlik, ona qarşı irəli sürülən ittihamlar əsassızdır. Hüquq müdafiəçisi qeyd edib ki, “Sasna Srer” hökumətin iddia etdiyi kimi, cinayətkar qruplaşma deyil. Onlar sadəcə ədalətin bərqərar olması üçün bu addımı atıblar.

Ermənistan xüsusi istintaq xidməti post-patrol alayının ərazisində olan 44 nəfərdən 42-ni həbs edib. Bundan sonra isə Ermənistanda etirazlar güclənib. Silahlı dəstənin tərəfdarları imzatoplama kampaniyasına başlayıblar. Üsyançıların vəkilləri də irəli sürülən ittihamları qəbul etmirlər. (musavat)

İnterpress.az