İnterpress.az-ın məlumatına görə, bu barədə Kabardin-Balkar respublikasının başçısı Yuri Kokov öz Instagram səhifəsində məlumat verib.
“Rusiya prezidentinin fərmanı ilə Bijoyev ölümündən sonra “Cəsarət ordeni” ilə təltif edilib. Mükafat onun valideynlərinə təqdim olunub”, – Kokov yazıb.
Bildirilir ki, Bijoyev mayın 24-də Suriyada Rusiya hərbi bazasının atəşə tutulması zamanı həlak olub.
Qeyd edək ki, bununla da, Suriyada həlak olan rusiyalı hərbi qulluqçularının sayı 20-ə çatıb.
İnterpress.az