“Bütün FETÖ-çuların başını Türkiyəyə verəcəyik…”backend

“Bütün FETÖ-çuların başını Türkiyəyə verəcəyik…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanın baş naziri Boyko Borisov dünən Türkiyəyə ekstradisiya edilən Abdullah Böyüklə bağlı tənqidlərə cavab verib.

İnterpress.az Tass-a istinadən bildirir ki, Nova TV-yə açıqlama verən baş nazir bütün FETÖ-çuların başını Türkiyəyə göndərməyə hazır olduğunu deyib:
“Lazım gələrsə, bütün FETÖ-çuların başını verəcəyik. Biz Türkiyə hökuməti və prezidenti ilə yaxşı münasibətləri davam etdirməliyik. Abdullah Böyüyə bənzər şəkildə Türkiyəyə ekstradisiya etdiyimiz 25 min nəfərdən biridir. Əsas məsələ Ankara ilə münasibətlərdir. Türkiyə sabitsizliyini elan edib, 500 min qaçqını sərbəst buraxsa, bu miqrantlar birinci bizim ölkəyə daxil olacaq. İnsan haqlarını müdafiə edənlərə deyirəm, rahat olun, Türkiyədə edam cəzası yoxdur”, – deyə baş nazir bildirib.

İnterpress.az