Avtomobilin at arabası ilə toqquşması 6 nəfəri xəstəxanalıq edib.
Şəmkir-Kür qəsəbəsi avtomobil yolunun Yeniabad kəndi ərazisində keçən hissəsində “Mercedes”lə at arabası toqquşub. Hadisə nəticəsində xəsarət alan 6 nəfərdən 5-i Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər isə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Onlardan ikisinə ambulator yardım göstərilərək evə buraxılıb. Vəziyyəti ağır olan 5 yaşlı Qapanlı kənd sakini reanimasiya, sağlıq durumları orta-ağır kimi qiymətləndirilən 26 yaşlı Tərlan Məmmədova və 28 yaşlı Mətləb Məmmədov travmatologiya şöbələrinə yerləşdiriliblər. Xəsarət alanların at arabasında olan 1 ailənin üzvləri olduğu bildirilir.
Samir Namazov – həkim: \”Dünənki tarixdə şöbəmizə 6 nəfər xəsarət alan daxil olub. Onlardan ikisi hazırda stasionar müalicədədir. 1 nəfər reanimasiya şöbəsindədir. 1 nəfər sonrakı müayinə və müalicə üçün Gəncəyə göndərilib. Hazırda stasionardakı xəstələrin vəziyyəti stabil ağır olaraq qalır\”. (musavat)
İnterpress.az