Cəlilabadda Azərbaycanın ən qədim məbədi aşkar edilibbackend

Cəlilabadda Azərbaycanın ən qədim məbədi aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundov məlumat verib. O bildirib ki, ərazidə aparılan qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən Neolit dövrünə aid xeyli sayda bəzək, məişət, eləcə də əmək alətləri tapılıb.

Son qazıntılar zamanı isə arxeoloqlar nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə rast gəlinən qədim dini məbəd aşkar ediblər.
Qədim ibadətgahın mərkəzində dərin çalanın içərisində böyük küp yerləşib. Küpün daxili isə kül ilə doldurulub.

Arxeoloqun qənaətinə görə, kül qalıqları burada dini ayınlərin icra olunması zamanı istifadə edilən odun qalıqlarından ibarətdir.
Qazıntılar zamanı ərazidə məbəddən əlavə, iki qəbir də aşkarlanıb. (trend)