İnterpress.az \”Ria Novosti\”-yə istinadən xəbər verir ki, pilot yaxın günlərdə İslamabadda Rusiya səfirliyinə təhvil veriləcək.
Heyət üzvlərinin hamısı sağ-salamatdır, – deyə qurumdan əlavə edilib. Xatırladaq ki, avqustun 4-də Pakistanda Mi-17 helikopteri sərt eniş etmişdi.
Bundan sonra heyt üzvlərini «Taliban» terror təşkilatının üzvləri əsir götürmüşdü.
Pakistan ordusunun nümayəndəsi general Asim Bacva helikopterin Rusiyaya təmir üçün aparıldığını bildirmişdi.
İnterpress.az