İnterpress.az \”RİA Novosti\”yə istinadən xəbər verir ki, bu barədə \”Tasnim\” agentliyi məlumat yayıb.
Buşehr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi agentliyə açıqlamasında saxlanılanların sonrakı taleyi barədə heç bir məlumat olmadığını bildirib.
O vurğulayıb ki, Buşəhr vilayətinin bəzi balıqçıları Fars körfəzinə çıxarkən təsadüfən digər dövlətlərin su sərhədlərinə daxil olub və nəticədə saxlanılıblar.
Hələlik Səudiyyə Ərəbistanı məsələyə münasibət bildirməyib.
İnterpress.az