Putin Sergey İvanovu niyə vəzifədən kənarlaşdırdı?backend

Putin Sergey İvanovu niyə vəzifədən kənarlaşdırdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Tiflis Dövlət Universitetinin professoru İlii Oleq Panfilov bildirib.
\”Sergey İvanov kifayət qədər ciddi fiqurdur. Mən Moskvada Ekstremal Jurnalistika Mərkəzinə rəhbərlik etdiyim vaxt Rusiya siyasətində olan məşhur fiqurlar üçün Rusiya televiziyalarında monitorinq keçirirdik.

İvanov 2004-cü ildə prezident seçkilərində əsas rəqiblərdən idi. O yalnız rəqib deyildi, həm də Rusiya siyasətinin əsas mühərriki idi. Onun tərcümeyi-halını xatırlamaq lazımdır. İvanov general-polkovnikdir. Bu insanlar üçün kifayət qədər yüksək rütbədir, hansılar ki, xarici kəşfiyyatla məşğul olurdular. O, İsveçdə sovet kəşfiyyatının əsas adamı idi. O, əsl peşəkardır.

Putindən də fərqli olaraq, bir neçə dildə danışa bilir. Çekistlər 2000-ci ilin ortalarında Putinin ətrafında toplaşanda İvanov Rusiya siyasətində böyük rol oynamağa iddia edirdi. O, buna görə də uzun müddət Prezident Administrasiyasının rəhbəri vəzifəsində qaldı.

İvanovun vəzifədən çıxarılması Putinin ətrafında ola biləcək sui-qəsdlə bağlı ola bilər. Çekistlər onun vəzifədən kənarlaşdırılması üçün sui-qəsd planlaşdırırdılar. Mən burada başqa heç bir səbəb görmürəm.
İndi Putin İvanovu ekologiya və nəqliyyat məsələləri üzrə prezidentin xüsusi nümayəndəsi təyin edib\”, – Panfilov qeyd edib. (musavat)

İnterpress.az