Bu gün Yunan-Roma güləşi üzrə yarışlar başlayırbackend

Bu gün Yunan-Roma güləşi üzrə yarışlar başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Püşk nəticəsində Azərbaycan təmsilçiləri Rövşən Bayramovla Elvin Mürsəliyevin rəqibləri müəyyənləşib.
59 kq. çəki dərəcəsində yer alan Bayramov mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi venesuelalı Rayber Xose Rodriges Orozko olacaq.

75 kq. çəki dərəcəsindəki Mürsəliyev isə mübarizəyə 1/16 final mərhələsindən start verəcək. O, misirli Mahmud Fevzi Rəşad Sebi ilə görüşəcək. Növbəti mərhələyə yüksələcəyi təqdirdə, Azərbaycan güləşçisi Ermənistan təmsilçisi, dünya və Avropa çempionu, 2012-ci il London olimpiadasının gümüş mükafatçısı Arsen Julfalakyanla qarşılaşa bilər.
Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə 14 avqust saat 17:00-da, final görüşləri saat 23:00-da başlayacaq.

İnterpress.az