Tərkib:
500 qr gilas və ya albalı
270 qr un
300 qr şəkər tozu
10 qr vanil
150 qr kərə yağı
2 ədəd yumurta
100 qr xama
Hazırlanması:
Formaya yağlı kağız salın. 210 qr un, 130 qr şəkər və kərə yağını bıçaqla döyün. Ovuntulu xəmirdən 3/4 st.qədər götürüb soyuducuya yerləşdirin.
Qalan xəmiri formaya töküb, 180 dərəcəyədək qızdırılmış sobada 15 dəq. bişirin.
Yumurta, 170 qr şəkər, 60 qr un, xama və vanili mikserlə çırpın.
Xəmirin üzərinə tumu çıxarılmış gilas əlavə edib qarışdırın.
Xəmiri ovulmuş xəmirin üzərinə töküb yayın.
Üzərinə soyuducuda saxlanmış ovuntulu xəmiri səpib 45-50 dəq. sobada bişirin.
İnterpress.az