Aliment borcu ölkədən çıxmasına mane olur – Videobackend

Aliment borcu ölkədən çıxmasına mane olur – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boşanmadan sonra yığılan aliment borcuna görə Gəncə sakinin ölkədən çıxmasına qadağa qoyulub. Həmin şəxs isə deyir ki, müalicə üçün mütəmadi olaraq ölkə xaricinə getməlidir. Bundan əlavə o, alimentin ödənməməsi ilə bağlı ailə həyatı qurduğu qadınla razılaşmalarının olduğunu da iddia edir.

Gəncə sakini Maarif Qubanov 1999-cu ildə evləndiyi Gülmira Kərimova ilə bir ildən sonra boşanıb. bu zaman isə onların bir övladları da artıq doğulub. məhkəm qərarı ilə ata hər ay övladına aliment ödəyib. Maarif qurbanov deyir ki 2010cu ildə mənzilini sataraq gülmira kərimovaya 10 min dollar pul verib. və bununla da onun həm mülkiyyət hüququ həm də alimentdən imtina ilə bağlı yazılı razılığını alıb.

Ancaq, amma 6 ildən sonra Maarif Qurbanova 1750 manat manat aliment borcu olduğuna dair bildiriş gəlib. və göstərilib ki həmin məbləğ 2014-cü ildən yığılan borcdur.

Gülmira Kərimova pulun hamısını bir dəfəyə tələb edib və bu iddia ilə məhkəməyə müraciət edib. Buna əsasən Maarif Qurbanovun ölkdən çıxmasına məhdudiyyət qoyulub.

Gülmira Kərimova məsələ ilə bağlı müsahibə verməyə razılıq verməsə də şifahi formada deyilənləri təsdiqləyib və alimentin hamısını tələb etdiyini deyib. Hüquqşünaslar isə bildirir ki, maarif qurbanova tətbiq edilən ölkə xaricinə çıxmaq qadağasının ləğvi və borcun hissə hissə ödənilməsi mümkündür. (xəzərxəbər)

İnterpress.az