“Bu günə kimi 716.664 vətəndaşa səyyar formada xidmət göstərilib”backend

“Bu günə kimi 716.664 vətəndaşa səyyar formada xidmət göstərilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-ın sorğusuna cavab olaraq “Asan xidmət” mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov bildirib.
Növbəti Səyyar ASAN xidmət Mingəçevir, Şəmkir, Haciqabul rayonlarına səyyar formada xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Şöbə müdiri xatırladıb ki, 2013-cü ilin iyun ayından etibarən bu günə kimi 716.664 vətəndaşa səyyar formada xidmət göstərilib:

“ Əgər 2013-cü ildə 2 Səyyar ASAN xidmət avtobusu regionlarda vətəndaşlara xidmət göstərirdisə, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Səyyar ASAN xidmət avtobusların sayı 10 çatdırılıb . Hazırda Səyyar ASAN xidmət avtobusları Zaqatala, Şəki, Cəlilabad, Xudat, Nardaran qəsəbəsində vətəndaşlara xidmət göstərir”, -deyə əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az