Avropa.info xəbər verir ki, Türk Hava Qurumunun rəhbəri Kürşat Atılgan TRT-nin canlı yayımında qatıldığı bir proqramda bu məsələyə aydınlıq gətirib.
Atılqan havadakı hər təyyarənin \”hava rəsmi\”nin olduğunu və \” hava rəsmi\” sayəsində bağlandığı koda görə göydəki o cismin nə olduğunun məlum edildiyini deyib.
\”Bu \”hava şəkli\” sayəsində siz hansı təyyarənin harada olduğunu bilərsiniz. Türkiyənin \”hava şəkli\”ni Əskişəhər hava hərəkat mərkəzi çıxarır və bu \”hava şəklini\” hərbi birliklərə göndərir. Məhz Hava Qüvvələri Komandanlığının verdiyi əmrlərdən biri \”hava şəklini\” heç bir hərbi hissəyə göndərməyin əmri idi. Çox kritik bir əmr idi bu. \”Hava şəkli\” göndərilməyəndən sonra qiyamçılar çətin vəziyyətdə qaldı. Çünki onlar \”hava şəklini\” əldə etsəydilər prezidentin təyyarəsini vurmaq üçün səy göstərəcəkdilər. Bu çox əhəmiyyətli bir detaldır\” deyə Atılgan qeyd edib.
İnterpress.az