Savçenkonun Krımı qaytarmaq planıbackend

Savçenkonun Krımı qaytarmaq planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nadejda Savçenko bir neçə seçim təklif edib: “Bir neçə seçim var. Siz yaxşı və zəngin həyata başlayırsız, iqtisadiyyatı qaldırırsız, o zaman Krım böhranla üzləşəcək, çünki Rusiya ona qazanc yollarında maneələr törədəcək. Bəli, bu proses sürətli deyil. İkinci və daha sürətli variant – müharibəyə getmək və Krımı geri qaytarmaq. Siyasi yol da mövcuddur: hər zaman sanksiya vasitəsi ilə Rusiyaya təzyiq etmək. Amma bir şey deyim, Krımı qaytarmaqdansa onu verməmək lazım idi. Belə isə – yaşayarıq, görərik”

Savçenko həmçinin Ukraynanın Krımı qaytarması üçün kifayət qədər hərbi imkanlara malik olduğunu da qeyd edib. “Müharibə hərbi potensial – səfərbərlik deməkdir. Bu tək ordu və silah demək deyil, siz görürsiz ki, \”dalğa\”-nın ardı kəsilmir. \”Bəli ilk dalğa\” sadəcə \”Top Yemi\” idi. Əslində müharibələr belə başlayır. Əgər qadın və uşaq əlinə silah götürüb yasadığı ərazini qorumaq üçün ayağa qalxırsa, bax o zaman millət formalaşmağa başlayır. Bir ölkə ki, 70 ildir müharibə tanımır, döyüşməyib, o zaman o bacarığını itirir. Yeni bir müharibənin qəldiyi zaman ordunun tam fərqli şəkildə dəyişilməsi başlanır, bu zaman millət formalaşmağa başlayır”.

İnterpress.az