Bələdiyyə sədri şəhid ailəsini hədələyib!backend

Bələdiyyə sədri şəhid ailəsini hədələyib!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətçi Elçin Əhməd oğlu Novruzovun İnterpress.az-a verdiyi məlumata görə, cənab prezident İlham Əliyevin göstərişi ilə ailəsinə verilən şəhidlik vəsiqəsinə görə, istənilən yerdə torpaq götürmək hüququ var:

“Mən 1992-ci ildə şəhid olmuş Laçın Novruzovun qardaşıyam. Atam dünyasını dəyişib, bir qardaşım fiziki qüsurludur. Quba rayonu ikinci Nügədi bələdiyyəsinin sədri Qələmiyev Mübariz Ələmşah oğlu məni çox narahat edir. Tək məni yox pulunun çoxluğundan isitifadə edib bir neçə insanın meyvə bağın əlindən alıb. Xülasə, mən özüm Quba rayonunda suvarma sistemində çalışıram. Nəzarət etdiyim ərazidə kiçik sahibkarlıqla məşğul oluram. Hansı ki, bura zibillik idi. İndi çayxana kimi düzəltmişəm. Elə olur ki, xeyriyyə məqəsdi ilə də adamlara yemək, çay veririk. Əsasən çayxana kimi fəaliyyət göstərir. Buranı anamla ikimiz işlədirik. Ailəmizin qazanc yeri yalnız buradır. Şikayətim qanunsuz olaraq bələdiyənin bu ərazini hərraca çıxarması ilə bağlıdır. Bir dəfə məhkəməyə vermişik. Amma məhkəmə bələdiyə sədrinin xeyrinə qərar çıxardıb. Növbəti dəfə Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Bələdiyyə sədri hər gün bizi hədələyir, adamların göndərib işıqlarımızı kəsdirir”-deyə şikayətçi əlavə edib.

Bələdiyyə sədri şəhid ailəsini hədələyib!

Bələdiyyə sədri şəhid ailəsini hədələyib!

Bələdiyyə sədri şəhid ailəsini hədələyib!

İnterpress.az