Hüquq müdafiəçiləri Natiq Cəfərliyə görə toplantı keçiriblərbackend

Hüquq müdafiəçiləri Natiq Cəfərliyə görə toplantı keçiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-a verilən məlumata görə, hüquq müdafiəçiləri vətəndaş cəmiyyəti üzvlərinin təqib olunmasını və iqtisadçı Natiq Cəfərlinin həbsi ilə bağlı vəziyyəti müzakirə ediblər. Görüş əsasında həbs olunanlar ilə bağlı vəziyyət təhil olunmuş, onların işləri ilə bağlı məlumatlar nəzərdən keçirilib. Son aylar ərzində Azərbaycanda həbs olunmuş vətəndaş cəmiyyəti nümayəndələrinin azad olunması müsbət qiymət verməklə yanaşı, hüquq müdafiəciləri son həbslər və xüsusən vətəndaş cəmiyyətinin fəalı N.Cəfərlinin həbs olunmasını narahatlıqla qarşılayıblar.

Hüquq müdafiəçiləri həbs olunanların vəziyyətini diqqətdə saxlamaq üçün öz kolleqaları və beynəlxalq təşkilatlar arasında intensiv görüşlərin aparılmasını nəzərdə tutub, hüquq mühafizə orqanları ilə həbs olunanların işləri üzrə mütəmadi müzakirələrin aparılmasını planlaşdırıblar.

İnterpress.az