Ağalarov bəyanat verdi: “Deməli bizim konsert zalımız bağlanacaq…”backend

Ağalarov bəyanat verdi: “Deməli bizim konsert zalımız bağlanacaq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyarder TASS-a verdiyi bəyanatda metro stansiyasının onun şirkətinin mülkiyətində olduğu barədə Metropolitenin bundan əvvəl dediklərini təkzib edib.

“Məsələ ondadır ki, “Myakinino” metro stansiyası Moskva Metropoliteninin istismarındadır, yığılan pullar onların kassasına gedir, stansiyadan sərnişinlərin daşınması ilə onlar məşğul olur. Biz vaxtilə sadəcə olaraq stansiyanın tikintisini maliyyələşdirmişik. Ona görə də mən bilmirəm ki, orada təhlükəsizliklə bağlı hansı problemlər ola bilər. Bunu Moskva Metropoliteni və Moskva hökuməti həll etməlidir. Stansiya ümumiyyətlə, bizə məxsus deyil, nə qismən, nə də heç cür”-Ağalarov bildirib.

Biznesmen bildirib ki, stansiyanın bağlanması “Crocus City Hall” konsert zalına və onun şirkətinə məxsus ticarət-əyləncə kompleksinə gələnlərin sayına təsir edəcək.

“Əlbətdə, trafik daha az olacaq. Lakin məsələ trafikdə də deyil, ondadır ki, 100 min adamın yaşadığı rayona nəqliyyat çıxışı kəsilir. Bizim müştərilər isə əsasən maşınlarla gəlir. Konsert zalına isə gələn olmayacaq və deməli şəhər bu konsert zalını itirəcək”-azərbaycanlı iş adamı əlavə edib.

Xəbərələrə görə Ağalarov metro stansiyasının bağlanmasına görə mətbuat konfransı keçirmək istəyib, lakin daha sonra Moskva hökuməti ilə danışıqlara yollanıb və mətbuat konfransını təxirə salıb. (virtualaz.org)

İnterpress.az