İnterpress.az \”Ria Novosti\”yə istinadən bildirir ki, burkini şəriətə uyğun qapalı müsəlman geyimidir.
Keçən həftə Kann şəhərinin meri Devid Lisnar \”ədəb və dünyəvilik prinsipləri\”nə uyğun çimərlik paltarı olmayan şəxslərə çimərliyə girməyi qadağa qoyub.
Xəbər verilir ki, dənizə gələn burkini geyimli 6 müsəlman qadın 35-38 avro məbləğində cərimə olunublar.
Qeyd olunur ki, 2011-ci ilin aprel ayından etibarən Fransa çimərliklərinə qapalı müsəlman geyimlərində gəlmək qadağan edilib. Fransa qanunlarına görə belə geyimlərdə ictimai yerlərdə olmaq qəti-qadağandır.
Eyni zamanda qanun qapalı geyimlərdə evdə, otellərdə, özəl şirkətlərdə, ibadət yerlərində rahat geyinməyə etiraz etmir.
İnterpress.az