\”Report\” BBC-yə istinadən xəbər verir ki, bunu ştatın hökumət təmsilçisi bildirib.
Məlumata görə, avqustun 16-da başlayan meşə yanğınları 6 min hektardan artıq əraziyə yayılıb və 34,5 min ev təhlükə altındadır.
Kaliforniyanın qubernatoru Cerri Braunun sözlərinə görə, 700-ə yaxın yanğınsöndürən maşın yanğının söndürülüməsinə cəlb olunub. O, Los-Ancelosdan 100 km şərqdə yerləşən San-Bernardino, Leyk və San-Luis-Obispo qraflıqlarında fövqəladə vəziyyət elan edib.
İnterpress.az