Serbiya Rusiyaya qarşı sanksiya tətbiq etməyəcəkbackend

Serbiya Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpres.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Serbiya prezidentinin mətbuat xidməti bildirib. “Biz Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilmərik. Biz Rusiyaya da, ABŞ-a da bağlıyıq, bu ölkələrdə çoxsaylı serb icması yaşayır”, – deyə Nikoliç bildirib. Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cozef Bayden avqustun 15-dən 17-dək Serbiya və qondarma Kosovo Respublikasında səfərdədir. Məlumata görə, Bayden-Nikoliç görüşü qapalı şəraitdə keçirilib. Mətbuat xidmətinin məlumatına əsasən, Bayden, Vaşinqton Belqradın ABŞ və Rusiya arasında seçim edəcəyini gözləmədiyini və Serbiyanı avrointeqrasiya yolunda dəstəklədiyini bildirib.