Bu barədə “Assoşieyted Press” məlumat yayıb.
Hotel-kazinonun bağlanmasına dair qərar 2015-ci idə qəbul edilmişdi.
İyunda hakimiyyət kompleksin iki binasından birini – “Monako” qülləsini söküb.
İkinci qüllə “Monte-Karlo” söküldükdən sonra kompleks faktiki olaraq yer üzündən silindi.
Hotelin yerində yeni konfrans zalı tikiləcək.
Hotel 1955-ci ildə tikilib və şəhərdə ən qədim tikililərdən idi.
“Riviera” kazinosunda “Ouşenin 11 dostu” (1960), “Kazino” (1995), Ceyms Bond haqqında filmlərdən “Daimi brilyantlar” (1971) və digər filmlərin çəkilişi olub. ( oxu.az )
İnterpress.az