İnterpress.az \”Ria Novosti\”-yə istinadən xəbər verir ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Həşmətullah Falah Pichet parlament iclasında bildirib ki, Rusiya hərbi bazasının Hamadanda yerləşdirilməsinə icazə vermək Konstitusiyanın pozulması deməkdir.
Buna cavab olaraq Laricani qeyd edib ki \”heç bir baza Rusiyaya verilməyib\”. O həmçinin bildirib ki, İran Rusiya ilə regional və Suriya ilə əlaqədər məsələlər üzrə əməkdaşlıq edir.
Rusiya Hamadan hava limanında çərşənbə axşamından Suriyada \”İslam Dövləti\” adlı terrorist qruplaşmanı atəşə tutmaq üçün Тu-22М3 və Su-34 hərbi bombardımançılar yerləşdirib.
Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin sözlərinə görə, Tehran Suriya infrastrukturu və hava terrorizmlə mübarizədə Rusiyaya şərait yaradıb.
Suriya ilə könfliktin ilk günündən İran prezidenti Bəşər Əsəd hökümətinə dəstək verir və artıq Rusiyaya Suriyadakı terrorist hədəflərini vurmaq üçün öz hava məkanında imkan yaratmışdır.
İnterpress.az