Belə ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Əsgərovun idarə etdiyi “Kommunal Xidmətlər Müəssisəsi” MMC-yə məxsus “MAN” markalı məişət tullantıları daşıyan maşınla markası məlum olmayan avtomobil toqquşub.
Hadisə nəticəsində markası məlum olmayan avtomobil yanıb. Avtomobilin sürücüsü olan 25-30 yaşlı şəxs ölüb. Avtomobil yararsız hala düşdüyü üçün markasını müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinəyət işi başlanılıb, istintaq davam etdirilir. (report)
İnterpress.az