İnterpress.az \”Vesti Ru\”-ya istinadən xəbər verir ki, Boqota-Kali marşrutu ilə hərəkət edən sərnişin avtobusu naməlum səbəbdən yarğana düşüb.
İlkin məlumata əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Zərərçəkənlərin arasında ən azı 4 uşağın olduğu bildirilir. Sürücü hadisə yerindən qaçıb.
Xəstəxanalarda yaralılara tibbi yardım göstərilir. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
İnterpress.az