Suriya həbsxanalarında 18 minə yaxın insan ölübbackend

Suriya həbsxanalarında 18 minə yaxın insan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə beynəlxalq hüquq müdafiə təşkilatı \”Amnesty International\” xəbər yayıb. \”Həbsxanalarda hər ay 300-dən çox ölüm faktı qeydə alınır. 2011-ci ilə qədər onilliklər ərzində Suriyanın həbsxanalarında il ərzində təxminən 45 nəfər, ay ərzində 3-4 məhkum dünyasını dəyişirdi\” – deyə təşkilatın hesabatında deyilir. Hüquq müdafiəçilərinin məlumatına görə, məhbuslar lazımi saxlanma şəraiti ilə təmin olunmurlar. Kameralar məhkumlarla doludur.

Həbslərin bütün mərhələlərində məhbuslar döyülür. Bununla yanaşı, məhkumlar tibbi yardımla yetərində təmin olunmur, sanitar qaydalarına riayət edilmir, yemək çatışmazlığı mövcuddur. (report)

İnterpress.az