İnterpress.az .az Xəbər verir ki, ilk görüşdə Serbiya idmançısı Tiyana Boqdanoviçə məğlub olan Patimat Abakarovanın (49) rəqibi finala yüksəldiyi üçün taekvondoçumuz təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. P.Abakarovanın bürünc medal uğrunda ilk rəqibi çinli Jinqyu Vu olub. İdmançımız 4:3 hesablı qələbə qazanıb. O, təsəlliverici görüşlərdə sonuncu rəqibi fransalı Yasmin Azeizə 7:2 hesabı ilə qalib gələrək XXXI Yay Olimpiya Oyunlarını bürünc mükafatla başa vurub və Azərbaycana yeddinci medalı qazandırıb.
Bununla da Azərbaycan Olimpiada tarixində taekvondo üzrə ilk medalını qazanıb.
İnterpress.az