“Ukrayna Krımı niyə itirdi” – Yuşşenkobackend

“Ukrayna Krımı niyə itirdi” – Yuşşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”-yə istinadən xəbər verir ki, Yuşşenko açıqlamasında deyib:-\”Olkə rəhbərliyinin 2014-cü ildə siyasi iradəsi olsaydı, Krım Rusiya strukturuna daxil olmazdı.\”

Yuşşenko həmçinin qeyd edib ki, əgər o zaman o hökumətə rəhbərlik etsəydi o buna imkan verməzdi.

\”Mən buna imkan verməzdim, əmin olun. Burda silah və silahlı münaqişənin də bir problemi yox idi. Bu siyasi yola həll ediləcək bir problem idi. Ona görə də ordu ölçüsünü, o cümlədən tankların sayını müzakirə edəndə, düşünürəm ki yarımadaya bunun bir aidiyyatı yoxdur\”.

Onun sözlərinə görə, Kiyevin siyasi iradəsinin olmaması ona işarə edir ki, o yarımadada Ukrayna əsgərlərinə əmr verə bilməzdi.

\”Burada silahdan və saydan söhbət gedə bilməz. Bu siyasi qərar da deyil. Ukrayna rəhbərliyinin tutduğu mövqe ona dəlalət verir ki, Ukrayna ordusu hərəkətə keçməyə əmr almayıb\” deyə Yuşşenko bildirib.

Xatırladaq ki, Krım 2014-cü ildə keçirilən referendumdan sonra Rusiya Federasiyasına daxil oldu.

Krım hakimiyyəti 2014-cü ilin fevral ayında Ukraynada baş vermiş çevrilişdən sonra referendum keçirib. Ukrayna Krım sakinlərinin fikrinə laqeyd olaraq hələ də Krımı öz ərazisi kimi qəbul edir.

Rusiya rəhbərliyi dəfələrlə qeyd edib ki, Krım sakinləri demokratik şəkildə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam uyğun olaraq, Rusiya ilə birləşdirilməsi lehinə səs verib.

İnterpress.az