Bakıda klinikaya basqınbackend

Bakıda klinikaya basqın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, avqustun 17-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən klinikalardan birində 2 naməlum şəxs orada işləyənlər – Bakı şəhər sakinləri Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edərək X.Piriyevaya məxsus mobil telefonu alıblar.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyev tutulublar.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

İnterpress.az