İnterpress.az report-a istinadən bildirir ki, paytaxtın Xətai rayonu, N.Tusi küçəsi ev 46 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Hafiz Qafarov yaşadığı evdə bıçaqla qol nahiyəsinə xəsarət yetirib, sonra isə çoxlu sayda müxtəlif dərmanlar içərək özünü öldürməyə cəhd edib.
H.Qafarov 7 saylı Təcili Tibbi Yardım Stansiyasına yerləşdirilib.
Digər hadisə Nizami rayonunda baş verib. Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Əfqan Məmmədov özünü öldürmək məqsədilə H.Əliyev prospektində asma körpüyə çıxmaq istəyərkən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qarşısı alınıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
İnterpress.az